Milli Məclisin (MM) İnsan Hüquqları Komitəsinin iclası keçirilib.
APA-nın xəbərinə görə, iclasda komitə sədri Rəbiyyət Aslanova çıxış edərək bildirib ki, Konstitusiyanın 109-cu maddəsinin 14-cü bəndini rəhbər tutaraq Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Ombudsmanının seçilməsi üçün MM-ə namizədlərin siyahısı təqdim edilib.
Ombudsman vəzifəsinə namizədlərin hazırkı Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanov olduğu açıqlanıb.
Müzakirələrdən sonra hər üç namizədin adı olan sənəd parlamentin martın 5-də keçiriləcək plenar iclasının gündəliyinə tövsiyə olunub.
Qeyd edək ki, iclasda namizədlərin hər üçü iştirak edib.