“Azərbaycan parlamenti Xocalı faciəsinə siyasi qiymət verib, bu faciə soyqırımı kimi dəyərləndirilib və qəbul olunub”. SİA-nın məlumatına görə, bu sözləri YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bəzi dairələrin “Xocalı faciəsini əvvəlcə Azərbaycan parlamenti soyqırım kimi qəbul etməlidir” iddiasına münasibət bildirərkən söyləyib. Əli Əhmədov bildirib ki, Xocalı hadisələrinə soyqırım kimi qiymət verilib: “Soyqırım kimi tanınmasaydı, parlamentin qəbul etdiyi qərar əsasında hər il fevral ayının 26-sı Xocalı soyqırımı günü kimi qeyd olunmazdı”.