Dünən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın San Rafaelo Fondunun vitse-prezidenti Mario Kal ilə görüşüb.
Görüşdə iki qurum arasında əməkdaşlığın perspektivləri, o cümlədən həkim, mütəxəssis mübadiləsi, birgə elmi araşdırmaların aparılması məsələləri müzakirə olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və İtaliyanın San Rafaelo Fondunun vitse-prezidenti Mario Kal gələcəkdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.