Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib. APA-nın xəbərinə görə, Milli Məclisin (MM) dünən keçirilən iclasında iştirak edən Mehriban xanım Əliyeva söz alaraq təbriklərini çatdırıb. Millət vəkili Azərbaycan qadınlarına yeni-yeni nailiyyətlər arzulayıb, onu təbrik edənlərə də minnətdarlığını bildirib.
Qeyd edək ki, parlament rəhbərliyi xanım millət vəkillərini və MM Aparatında çalışan qadınları 8 Mart bayramı münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim olunub.