Qondarma "erməni soyqırımı" ilə bağlı önləyici tədbirlər davamlı olaraq həyata keçirilir

Qondarma "erməni soyqırımı" ilə bağlı önləyici tədbirlər davamlı olaraq həyata keçirilir
“Qondarma “erməni soyqırımı” ilə bağlı aparılan kampaniya qarşı önləyici tədbirlər Azərbaycan hökuməti tərəfindən davamlı olaraq həyata keçirilir”. SİA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində Azərbaycanın səfirliklərinə, nümayəndəliklərinə, diaspor təşkilatlarına, o cümlədən Azərbaycanın Kütləvi İnformasiya Vasitələrinə (KİV) bununla bağlı müvafiq tövsiyyələr verilib və veriləcək: “Bütün bunlar qondarma “soyqırım” ətrafında aparılan təbliğatın əhəmiyyətini azaltmağa və soyqırımın əsl simasını dünya ictimaiyyətinə göstərməyə yönəlib. Eyni zamanda elektron və qeyri-elektron KİV-nə həm aprelin 24-nə qədər, həm də 24-ü günü Azərbaycanda və ölkəmizdən kənarda ermənilərin törətdiyi soyqırımın dünya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif dillərdə xəbər yaymaları haqda göstərişlər verilib”.