Daha bir tunelin açılışı olub

Daha bir tunelin açılışı olub
Dünən Bakının Binəqədi rayonu ərazisində avtomobil yolu üzərində tunelin genişləndirilmədən sonra açılışı olub. “APA-Economics”in məlumatına görə, tədbirdə nəqliyyat naziri Ziya Məmmədov da iştirak edib. Açılışda bildirilib ki, dəmir yolu xəttinin altından keçən bu tunel 1901-ci ildə tikilib. Hündürlüyü 3,2 metr, eni 4,6 metr olub. Ərazidə nəqliyyatın hərəkətinin artdığı son illərdə tunelin qarşısında tıxacların yaranması ilə əlaqədar burada genişləndirmə işləri aparılıb. Yenidənqurmadan sonra tuneldə 2 hərəkət zolağı, piyadaların hərəkəti üçün 2 səki tikilib. Tunelin qabariti 5 metrdir. Tunel “Azəryolservis” ASC-nin “Yol Konstruksiyaları” MMC-si tərəfindən 3 ay yarım müddətə yenidən qurulub və işlərə 992 min manat vəsait xərclənib.