70 ailə, 238 keçmiş məcburi köçkün...

70 ailə, 238 keçmiş məcburi köçkün...

 

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb

“Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Oktyabrın 30-da Ağdam şəhərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.

Bu mərhələdə 70 ailə olmaqla, 238 keçmiş məcburi köçkün doğma yurda - Ağdam şəhərinə qovuşub.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.