AYİB Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il üçün ümumi daxili məhsul (ÜDM) istehsalı üzrə proqnozunu yaxşılaşdırıb.

“Report” xəbər verir ki, bu barədə EBRD-nin “Regional Economic Prospekt” hesabatının mart sayında bildirilib.

Sənədə əsasən, bu il Azərbaycanın iqtisadi arımı 5 % olması gözlənilir ki, bu da bankın noyabr proqnozu ilə müqayisədə 1 faiz bəndi çoxdur.

EBRD gələn il Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu isə noyabr ayı ilə müqayisədə 0,7 faiz bəndi azaldaraq 2,5 %-ə endirib.