Qarabağda tikiləcək məktəblərin sayı açıqlanıb

Qarabağda tikiləcək məktəblərin sayı açıqlanıb

“Hazırda Şuşada məktəb tikintisi davam edir. Ağdamda da məktəb tikintisi başlayıb”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil naziri deyib ki, Cəbrayılda və Füzulidə məktəb tikintisi ilə bağlı layihələndirmə işləri gedir: “Bu il dekabrın sonuna qədər Şuşada məktəb tikintisinin başa çatdırılması nəzərdə tutulur”.