TÜRKSOY-un baş katibi Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib

TÜRKSOY-un baş katibi Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib

Prezident İlham Əliyev Düsen Kaseinovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, TÜRKSOY-da səmərəli fəaliyyətinə və təşkilatın üzv dövlətləri arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Düsen Kurabay oğlu Kaseinov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.