Son dövrlərdə aparılan tədqiqatlar göstərir ki, internet vasitəsilə ticarət günü-gündən artır. Onlayn alış-veriş saytlarını gəzməyə sərf olunan vaxt, mağazadan mağazaya keçərək alış-verişə sərf olunan vaxtla müqayisədə daha az müddət tələb edir. Belə ki, online ticarət zamanı oturduğumuz yerdən qısa müddətdə yüzlərlə məhsulu müqayisə edərək seçim edə bilirik. Bəs bu zaman nələrə diqqət etməliyik?
Elektron ticarət üzrə mütəxəssis Nicat Manafov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, insanlar online alış-veriş edərkən əsasən kart məlumatlarından istifadə zamanı diqqət etməlidirlər.
Onun sözlərinə görə burada çox kiçik diqqətsizlik belə böyük problemlərə gətirib çıxara bilər:
"Bundan əlavə nəzərə almaq lazımdır ki, orada elə məhsullar var ki, Azərbaycana göndərilmir. Belə tətbiqlərdən satışa çıxarılan bir çox məhsullar keyfiyyətsiz sayılır. Görüntüdən keyfiyyətli görünsə də, çatdırılan məhsul tamam onun əksi olur. Qeyd edim ki, platformalarda alıcıları cəlb etmək üçün onlar keyfiyyətli şəkillərdən və daha çox nəzərəçarpacaq detallardan istifadə edirlər. Bildirim ki, həmin platformalardan sifariş olunan məhsulları öz mağazalarımızdan alsaq daha keyfiyyətli saymaq olar".
Havar Şəfiyeva