Sosial sahibkarlığın digər sahibkarlıqdan üstün cəhətləri olduqca çoxdur. Hər hansı bir sahibkar qazanc əldə etmək üçün dövlət vergisini ödəməklə yerdə qalan mənfəəti artırmaq istiqamətində fəaliyyət göstərir.
Sosial sahibkar isə cəmiyyət üçün ciddi problemlər sayılan fəaliyyətlə məşğul olurlar.
İqtisadçı Pərviz Heydərov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, cəmiyyətin inkişafına maneə olan çoxlu sayda problemlər mövcuddur. Onun sözlərinə görə sosial problemlərin həlli ilə dövlət məşğul olur, lakin bu problemlərin hamısını müvəffəqiyyətlə aradan qaldırmaq çətin prosesdir: "Bu sahə ilə məşğul olmaqla vətəndaşlar cəmiyyət üçün də vacib olan problemləri aradan qaldıra bilərlər.
Sosial sahibkarlığın fəaliyyətinin genişlənməsi ölkə üçün böyük əhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatı şəraitində tələb və təklifin nisbətini müəyyən edirik, bununla bir sıra hallarda çox sərt rəqabət ortaya çıxır. Bazar iqtisadiyyatı sistemində sosial sahibkarlıq olduqca mühüm əhəmiyyət kəsb edir. Bu sahibkarlığı inkişaf etdirmək üçün həm dövlətin, həm də vətəndaşın üzərinə məsuliyyət düşür."
Havar Şəfiyeva