“Kazan-Adler” marşrutu üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb

 “Kazan-Adler” marşrutu üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb

Rusiyanın Volqoqrad vilayətində “Kazan-Adler” marşrutu üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.

TASS-ın xəbərinə görə, hadisə nəticəsində sərnişinlər arasında 20-dən yaralının olduğu bildirilib.

Onlar təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.

Şahidlərin dediyinə görə, hadisəyə səbəb “Kamaz” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında hərəkətə davam edərək, qatarın yoluna çıxması olub.