F-16 qırıcıları Ukrayna üçün bir sıra problemlər yaradacaq. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə London Kral Kollecinin Müdafiə Tədqiqatları Departamentinin eksperti Marina Miron bildirib.
Onun sözlərinə görə, ukraynalı pilotların qırıcı təyyarələrdən istifadə etmək imkanları məhdud olacaq.
"Əlavə olaraq, F-16 çoxlu sayda dəstək personalı tələb edir. Buraya təcrübəli texniki qulluq və sursat mühəndisləri, kəşfiyyat analitikləri və fövqəladə hallara cavab qrupları daxildir" - deyə o bildirib.
Havar Şəfiyeva