118 saylı Ağdam-Xocalı Seçki Dairəsinin yeddi məntəqəsi azad olunmuş ərazilərdə formalaşdırılıb

118 saylı Ağdam-Xocalı Seçki Dairəsinin yeddi məntəqəsi azad olunmuş ərazilərdə formalaşdırılıb

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 118 saylı Ağdam-Xocalı Seçki Dairəsinin yeddi seçki məntəqəsi azad olunmuş ərazilərdə qurulub.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, Ağdamda 4, Xocalıda 3 seçki məntəqəsi formalaşdırılıb.

Bu il keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı Ağdam və Xocalı rayonlarının hər birində bir yeni məntəqə yaradılıb.