"125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının 62 saylı seçki məntəqəsi Zəngilan rayonu Ağalı kəndinin bir hissəsini, eləcə də, Ağbənd qəsəbəsini və Bartaz kəndinin inzibati ərazisini əhatə edir. Seçki məntəqəsi Zəngilan rayonu Ağbənd qəsəbəsidəki “Kalyon” şirkətinin inzibati binasında yerləşir".
Bu sözləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının 62 saylı Məntəqə Seçki Komissiyasının sədri Çiçək Gəraylı deyib.
O bildirib ki, seçki məntəqəsi səsverməyə tam hazırdır: "Səsvermə kabinələri tam hazırdır. Eləcə də, komissiya üzvlərinin və müşahidəçilərin səsvermə günü öz vəzifələrini rahat və şəffaf həyata keçirmələri üçün şərait formalaşdırılıb. MnSK üzvləri DSK-da treninqlər keçiblər. Onlara seçki qanunvericiliyi ilə verilən hüquqlar, məsul olduqları vəzifələr bir daha geniş şəkildə izah olunub"
MnSK sədri onu da əlavə edib ki, seçki günü ilə bağlı maarifləndirici materiallar lazımi ərazilərə yerləşdirilib.