4 saylı seçki məntəqəsi üzrə seçicilərə bildirişlər paylanılıb

4 saylı seçki məntəqəsi üzrə seçicilərə bildirişlər paylanılıb

8 saylı Binəqədi birinci Seçki Dairəsinin 4 saylı seçki məntəqəsi səsvermə gününə tam hazırdır. Məntəqədə növbədənkənar parlament seçkilərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməsi üçün bütün şərait yaradılıb”. 

Bunu  “Seçki 2024”  Müstəqil Media Mərkəzinə açıqlamasında 8 saylı Binəqədi birinci Dairə Seçki Komissiyasının  4 saylı Məntəqə Seçki Komissiyasının (MnSK) sədri Fəridə Yunusova deyib. Onun sözlərinə görə, MnSK-nın üzvləri aşağı seçki komissiyaları üçün təşkil edilən treninqlərdə iştirak ediblər.

Sədr əlavə edib ki, seçicilərə səsvermənin tarixi, vaxtı və yeri barədə bildirişlər paylanılıb: “Seçici siyahılarına görə, məntəqə üzrə 1 198 seçici qeydə alınıb və ən yaşlı seçicinin 91 yaşı var. 

Məntəqə, həmçinin lazımi texniki vasitələrlə təmin edilib. Səsvermənin gedişini izləmək üçün məntəqədə veb-kamera quraşdırılıb”.