Azərbaycanda Milli Məclisə seçklər günü - sentyabrın 1-də 374 şəxsin 18 yaşı tamam olur.
“Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bildirib.
R.Qasımov bildirib ki, həmin şəxslər məhz sentyabrın 1-də səsvermə hüququ əldə edəcəklər:
“MSK-nın sözügedən gənclər üçün də xüsusi layihəsi var. Çalışırıq ki, onlar həmin günü xoş və qürurverici bir xatirə kimi daim yadda saxlasınlar”.