Saat 12.00-a olan məlumata görə, 1 milyon 309 min 522 seçici səs verib

Saat 12.00-a olan məlumata görə, 1 milyon 309 min 522 seçici səs verib

Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin gedişinə dair növbəti statistik məlumat açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 12:00-a olan məlumata görə, seçicilərin 20,39 faizinin (1 milyon 309 min 522) səs verdiyini bildirib.