Saat 17:00-a olan məlumata görə, parlament seçkilərində seçici fəallığı 33,82 faiz olub

Saat 17:00-a olan məlumata görə, parlament seçkilərində seçici fəallığı 33,82 faiz olub

Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin gedişinə dair növbəti statistik məlumat açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 17:00-a olan məlumata görə, seçicilərin 33,82 faizinin (2 milyon 172 min 087) səs verdiyini bildirib.