Sentyabrın 7-də COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq Naxçıvanda veloyürüş təşkil olunacaq.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Yeniazerbaycan.com-a bildirilib ki, mədəni-kütləvi idman aksiyasına 14 yaşdan yuxarı hər kəs öz velosipedi ilə qoşula bilər.
İştirakçılar “Saat Meydanı” İstirahət Mərkəzindən başlayaraq təyin olunmuş marşrut üzrə 8 min metr məsafə qət edib, adıçəkilən məkana qayıdacaqlar.