Gəncə Apellyasiya Məhkəməsinin yeni hakimləri bəlli olub

Gəncə Apellyasiya Məhkəməsinin yeni hakimləri bəlli olub

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 8-də Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi barədə parlamentin qərarını imzalayıb.

AZƏRTAC xəbər verir ki, qərara əsasən Günay Cavadova, Sevindik Əzizov, Rüfət Məcidov və Müşfiq Məmmədov vəzifələri dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.