Heydər Əliyev Su Anbarı üzərindəki SES-də enerji istehsalı 12 milyon kilovat-saata çatdırılacaq

Heydər Əliyev Su Anbarı üzərindəki SES-də enerji istehsalı 12 milyon kilovat-saata çatdırılacaq

Heydər Əliyev Su Anbarı üzərində inşa olunan SES il ərzində 7 milyon kilovat-saat enerji istehsal edir. İstehsalın 12 milyon kilovat-saata çatdırılması nəzərdə tutulur.

Bunu AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib.

O qeyd edib ki, stansiyada 3 ədəd hidroturbin quraşdırılıb. Onlardan ikisinin gücü 2 meqavat, digəri isə 0,5 meqavatdır.