Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının sayını artırıb

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının sayını artırıb

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu iki yeni bankla əməkdaşlığa başlayıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müvəkkil bankların siyahısına “AzərTürkBank” ASC və “Bank Respublika” ASC əlavə olunub, onların sayı 3-dən 5-ə çatıb.

Qeyd edək ki, hazırda Sahibkarlığın İnkişafı Fondu Naxçıvanda fəaliyyət göstərən 5 bank və 1 bank olmayan kredit təşkilatı ilə sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyə dəstəyindən istifadə etməsi üçün əməkdaşlıq edir.