Baş Prokurorluq qəzaya uğrayan helikopterin düşmə anının parametrlərinin əks olunduğu fotoşəkilləri paylaşıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin düşmə anının bort məlumatlarının qeydiyyatçısından - qara qutudan götürülmüş uçuş parametrlərinin əks olunduğu fotoşəkilləri təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatların təhlili helikopterin vertikal uçuş surətinin uçuş təlimatlarına zidd olaraq normadan artıq olduğunu və nəticədə helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olduğunu göstərir.