Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunları ilə bağlı qiymətləndirmələr apararkən, Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında görüşlərin keçirilməsi məsələsinə də toxunub. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Xarici işlər naziri deyib ki, Ermənistanla ilk görüş Rusiyanın paytaxı Moskvada keçiriləcək.
Mövlud Çavuşoğlunun sözlərinə görə, ilk görüş Ermənistanın bu istiqamətdəki istəyinə əsasən, çox güman ki, Moskvada baş tutacaq.