ABŞ “erməni demokratiyası”na 400 min dollar sərmayə qoyacaq?

ABŞ “erməni demokratiyası”na 400 min dollar sərmayə qoyacaq?

ABŞ-ın İrəvandakı səfirliyi ictimai təşkilatlar və media üçün açıq müsabiqə elan edib. yeniazerbaycan.com-un  “Sputnik-Ermənistan”a istinadən verdiyi xəbərə görə, sözgedən proqram Ermənistanda "demokratiyanı, insan hüquqlarına hörməti və siyasi təhsili təşviq etmək” məqsədi daşıyır.

Xəbərdə o da qeyd edilir ki, proqram çərçivəsində müstəqil medianın və internetdə azadlığın “dəstəklənməsi”nə, gənclərə, sosial məsuliyyətin “inkişafına” xüsusi diqqət yetiriləcək.