Azərbaycan daha bir hərbçinin qalıqlarını Ermənistana təhvil verdi

Azərbaycan daha bir hərbçinin qalıqlarını Ermənistana təhvil verdi

Azərbaycan meyiti tapılan daha bir erməni əsgərinin qalıqlarını Ermənistan tərəfinə təhvil verib. Bu barədə Ermənistan KİV-ləri xəbər verir.

Bildirilir ki, cəsədin kimliyi məhkəmə-tibbi ekspertizasından təyin olunacaq.

Ümumilikdə axtarışlar zamanı 44 günlük müharibə zamanı həlak olmuş 1 707 erməni əsgərinin qalıqları aşkar edilib.