Füzuli rayonunda əkin işləri aparılan zaman traktor minaya düşüb

Füzuli rayonunda əkin işləri aparılan zaman traktor minaya düşüb


Yanvarın 28-i Füzuli rayonunun işğaldan azad olunmuş Üçbulaq kəndi ərazisində əkin işləri aparılan zaman traktorun minaya düşməsi nəticəsində traktora zərər dəyməsi və hər hansı şəxsin xəsarət almaması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.