Azərbaycanda COVID-19 əleyhinə üç və daha çox dozada vurulan vaksinlərin sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə üç və daha çox dozada vurulan vaksinlərin sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 641 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 244, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 190, üç və daha çox doza vaksinlərin sayı 43 231, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2 976 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 679 011, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 277 215, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 770 489, üç və daha çox doza vaksinlərin sayı 2 443 823, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 187 484 nəfər təşkil edir.