Varşavada körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Varşavada körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Varşavanın Visla çayı üzərində yerləşən ən füsunkar körpülərindən olan Şlonsko-Donbrowski körpüsü Azərbaycan Respublikasının Dövlət Bayrağının çalarları ilə işıqlandırılıb.

Bu barədə  Azərbaycanın Polşadakı səfirliyindən bildirilib.

Təşəbbüs Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümün qeyd edilməsi məqsədilə baş tutub.