Oktyabrın 9-da ölkəmizdə keçirilmiş prezident seçkilərində seçicilərin fəallığı yüksək olub. Bu baxımdan, Göygöl rayonunda da seçkilər yüksək seçici fəallığı fonunda baş tutub. Ümumilikdə, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin rayonun ərazisini əhatə edən 46 seçki məntəqəsində 32 min 943 seçici qeydiyyatdadır. Məlumata görə, bütün məntəqələrdə seçki prosesi demokratik və beynəlxalq standartlara müvafiq surətdə keçirilib.
Seçicilər səsvermənin gedişindən məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, seçkilərin demokratikliyi hər bir vətəndaşın öz seçki hüququndan sərbəst şəkildə istifadə etməsinə zəmanət yaradıb.
NURLAN