Dünən 2 fevral - Gənclər Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının Gənclər Birliyi yürüş təşkil edib. Yüzlərlə fəal gəncin iştirak etdiyi yürüş YAP Gəncə şəhər təşkilatı qərargahının qarşısından başlayıb. Gənclər əllərində gəncliklə bağlı şüarlar yazılmış plakatlar, bukletlər, şarlar və bayraqlarla irəliləyib. Üzlərinə boyalarla Azərbaycan bayrağını və ay-ulduz şəkillərini çəkən gənclər şəhərdə olan bir qrup gəncə buklet və bayraqlar paylayıb, onları bu yürüşə qoşulmağa, həmrəy olmağa çağırıblar. Yürüş boyu sayı artan gənclər Həsən Əliyev küçəsinə gələrək, orada öz əl işləri ilə “Street art” - küçə sənəti sərgiləyiblər.
Tədbir çərçivəsində “Aura Park” İstirahət və Əyləncə Mərkəzində flashmob keçirilib.
YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin keçirdiyi bu yürüşün əsas məqsədi gəncləri bir araya toplayaraq, onların arasında həmrəylik yaratmaq olub.
Gülər NƏCƏFOVA