Sabirabadda Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı tarixi çıxışının mahiyyətinə və əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Sabirabadda Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı tarixi çıxışının mahiyyətinə və əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Bu gün "Əminlər Şirkəti"ndə Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı tarixi çıxışının mahiyyətinə və əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib.

​Tədbir müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş əziz şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

​Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, cənab Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı dərin məzmunlu çıxışı partiyamızın gələcək fəaliyyət istiqamətlərini və dövlətimizin strateji inkişaf hədəflərini müəyyən edən mühüm yol xəritəsidir. O qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə əldə olunan tarixi zəfərlər, ölkəmizin iqtisadi qüdrətinin artması və azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri hər bir partiya fəalının üzərinə böyük məsuliyyət qoyur.

​Daha sonra çıxış edən "Əminlər Şirkəti"nin direktoru Məmməd Mənsimov ölkədə özəl sektorun inkişafına, sahibkarlara göstərilən dövlət qayğısına görə cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O vurğulayıb ki, kollektivin hər bir üzvü dövlətimizin iqtisadi potensialının güclənməsi və cənab Prezidentin qurultayda verdiyi tövsiyələrin icrası yönündə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə hazırdır.

​Tədbirdə çıxış edən partiya fəalları Zülfüqar Məmmədov və Neymətağa Zeynalov Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi tərəqqisindəki aparıcı rolundan bəhs ediblər. Natiqlər cənab Prezident İlham Əliyevin siyasi kursunu fəal şəkildə dəstəklədiklərini, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq ölkəmizin inkişafı naminə əzmlə çalışacaqlarını diqqətə çatdırıblar