VIII Qurultay: sülh, təhlükəsizlik və milli həmrəylik

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Daşkəsən rayonu üzrə Təhsil sektoru ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş yığıncaq keçirilib.

Tədbirdə qurultay nümayəndəsi – YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev iştirak edib.

Vurğulanıb ki, VIII Qurultayda qeyd edilən fikirlər Azərbaycanın müasir inkişaf mərhələsində müəyyənləşdirilmiş əsas prioritetləri nümayiş etdirir. Dövlət suverenliyinin və milli təhlükəsizliyin təmin olunması, xalqın birlik və həmrəyliyinin daha da möhkəmləndirilməsi vahid strateji məqsədə xidmət edən, bir-birini tamamlayan mühüm istiqamətlərdir.