Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Ə.Rəcəbli küçəsi 3” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışında əksini tapan əsas müddəalar və onların partiyanın fəaliyyətində tətbiqi ilə bağlı partiya üzvləri ilə növbəti görüş keçirilib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov Azərbaycanın beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, iqtisadi və sosial inkişafın yeni mərhələyə uyğun davam etdirilməsi, milli təhlükəsizliyin və ideoloji dayanıqlığın qorunması məsələlərindən danışıb. Həmçinin ölkəmizin qazandığı uğurların təbliği, ictimaiyyətlə işin müasir tələblər əsasında qurulması və gənclərin dövlətçilik ənənələrinə bağlılığının möhkəmləndirilməsini diqqətə çatdırıb.
Görüşdə YAP Veteranlar Şurasının üzvü, Azərbaycan həkimi və yazıçısı, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxışında VIII Qurultayda müəyyənləşdirilən hədəflərin cəmiyyətin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, milli-mənəvi dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda yetişdirilməsi istiqamətində maarifləndirmə işinin vacibliyindən bəhs edib. Eyni zamanda, partiya üzvlərinin ictimai təşəbbüslərdə fəal iştirakının bu məqsədlərə töhfə verdiyini qeyd edib.
YAP Nərimanov rayon təşkilatının “Ə.Rəcəbli küçəsi 3” ünvanı üzrə ƏPT sədri Qalib Əliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrin uğurlu icrası üçün üzvlər arasında fəal əməkdaşlıq, təşəbbüskarlıq və ictimai məsuliyyət daha da gücləndirilməlidir. Q.Əliyev VIII Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinə yönələn fəaliyyətin ardıcıl davam etdirilməsinin vacib olduğunu vurğulayıb.
Görüşdə bildirilib ki, Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrin uğurlu icrası üçün üzvlər arasında fəal əməkdaşlıq, təşəbbüskarlıq və ictimai məsuliyyət daha da gücləndirilməlidir. VIII Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinə yönələn fəaliyyətin ardıcıl davam etdirilməsi vacib hesab olunub.