06 noyabr 2026- cı il tarixdə YAP Qazax rayon təşkilatı və Uşaq - Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən şahmat, dama, mini - futbol və voleybol idman növləri üzrə yarışların yekun mərhələsi keçirilib.
Yarışlar Ümummilli Lider Heydər Əliyevin büstünün ziyarətilə başlanıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yarış iştirakçılarını salamlayaraq, altı il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində qazanılan misilsiz qələbədən, qəhrəman şəhidlərimizin, igid qazilərimizin, cəsur hərbiçilərimizin keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından danışıb. Ulu Heydər Əliyev siyasi kursunun bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizdə gənclərə, idmana göstərilən diqqət və qayğıdan geniş bəhs edən rayon təşkilatının sədri yarış iştirakçılarını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edərək idmançılara uğurlar arzulayıb.
Sonda qalib komandalar və idmançılar YAP Qazax rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olunub.