Dünən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiram əlaməti olaraq Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı “Mərhəmət zirvəsi” adı altında qanvermə aksiyası keçirib. Keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan YAP üzvləri iştirak ediblər.
Aksiya çərçivəsində jurnalistlərə açıqlama verən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 91 illik yubileyinə hazırlıq mərhələsində həyata keçirilən tədbirlərdə insanların fəal şəkildə iştirak etmələri daim xeyirxah insan kimi xatırlanan nurlu əməllər sahibinə hörmətdən irəli gəlir.
M.Abasquliyeva daha sonra Zərifə xanım Əliyevanın həm həkim, həm də vətənpərvər ziyalı kimi xidmətlərindən danışıb.
Qanvermə aksiyasında 200 nəfərdən artıq donor iştirak edib. B.Eyvazov adına Hemofiliya və Transfiziologiya İnstitutunun həkim, tibb bacısı və laborantlardan ibarət 7 nəfərlik qrupu donorları müayinədən keçdikdən sonra onların qanvermə prosesində iştirakları təmin edilib.