Yeni Azərbaycan Partiyası Gənclər Birliyi növbəti layihəsini həyata keçirib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi növbəti layihəsini həyata keçirib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) “Mədəniyyətə səyahət” layihəsi çərçivəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə gənclərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib.
YAP Gənclər Birliyindən AzərTAc-a verilən məlumata görə, sərgidə Rəssamlıq Akademiyasının tələbələrinin və fiziki qüsurlu gənclərin əl işləri nümayiş etdirilib.
Sərgidə fərqlənən gənclərə iyunun 13-də diplomlar və sertifikatlar təqdim olunacaq.