Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvləri Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Şəhidlər xiyabanında Qarabağ şəhidlərinin məzarlarını ziyarət ediblər.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov da daxil olmaqla ümumilikdə 150-yə yaxın gənc Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş Qarabağ şəhidlərinin əziz xatirəsini yad edib, məzarları önünə gül dəstələri düzüb.