Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat prosesi Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı tərəfindən də uğurla həyata keçirilir. Vurğulamaq lazımdır ki, Qazax rayon təşkilatı bu seçkilərə mütəşəkkil şəkildə hazırlaşıb. Artıq dekabrın 1-dən rayon təşkilatında yaradılmış Seçki Qərargahının üzvləri tərəfindən təbliğat-təşviqat plakatları xüsusi ayrılmış lövhələrə yapışdırılıb.
Qeyd edək ki, YAP Qazax rayon təşkilatında seçkilərə hazırlıqla bağlı 13 nəfərdən ibarət Seçki Qərargahı, o cümlədən, təbliğat-təşviqat qrupu fəaliyyət göstərir ki, onlar da işlərini yüksək keyfiyyətlə həyata keçirməkdədir. Rayon təşkilatı tərəfindən 106 saylı Tovuz-Qazax-Ağstafa və 107 saylı Qazax seçki dairələri üzrə 17 bələdiyyəyə ümumilikdə 165 nəfər şəxsin namizədliyi irəli sürülüb.
Pərviz SADAYOĞLU