Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərinin təbliğat mərhələsinə start verib. YAP Goranboy rayon təşkilatı da müəyyənləşdirilmiş tədbirlər planı çərçivəsində təbliğat işinə başlayıb. Rayon təşkilatı tərəfindən təbliğat plakatları qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş yerlərdə vurulub.
YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov bildirib ki, artıq təbliğat kampaniyasına start verilib: “Təbliğat qrupumuz 17 nəfərdən ibarətdir.
Ötən hər 3 bələdiyyə seçkisində - 1999, 2004 və 2009-cu illərdə YAP Goranboy rayon təşkilatı fəal işlər aparıb. Bu seçkidə də qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmək üçün səmərəli və çevik fəaliyyət planı müəyyənləşdirilib. Biz inanırıq ki, 2014-cü ili də qələbələr ili kimi başa vuracağıq. YAP yenə də möhtəşəm qələbəyə imza atacaqdır”.
NURLAN