YAP Abşeron rayon təşkilatının gənc fəalları da təbliğat kampaniyasına qoşulub

YAP Abşeron rayon təşkilatının gənc fəalları da təbliğat kampaniyasına qoşulub

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı da 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində təbliğat kampaniyasına uğurla start verib. YAP Abşeron rayon təşkilatının fəalları dekabrın 1-dən partiya namizədlərinin plakatlarını təbliğat lövhələrində vurublar.
Bu prosesdə ruh yüksəkliyi ilə iştirak edən partiya fəalları YAP-ın bu seçkilərdə də qələbə qazanacağına əminliklərini ifadə ediblər.
YAP Abşeron rayon təşkilatının, həmçinin, rayon təşkilatının Seçki Qərargahının sədri Bilman Vəliyev vurğulayıb ki, 45 saylı Abşeron və 50 saylı Abşeron-Qobustan seçki dairələri üzrə partiya tərəfindən irəli sürülmüş 161 nəfər namizəd qeydə alınıb. Rayon üzrə ümumilikdə 15 bələdiyyəyə seçki keçiriləcək ki, onlardan 1-i şəhər, 8-i qəsəbə və 6-sı isə kənd bələdiyyələridir.
Qeyd edək ki, YAP Abşeron rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar tədbirlərini davam etdirir.