Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Məleykə Ağayeva: Şanlı qələbəmiz ölkəmizin beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirdi

Məleykə Ağayeva: Şanlı qələbəmiz ölkəmizin beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirdi

23.02.2021 [09:08]

“İkinci Qarabağ savaşında Azərbaycan Ordusu 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr endirərək parlaq qələbə qazandı, torpaqlarımızı işğaldan azad etdi. Bu məğlubiyyət nəticəsində işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva deyib.
M.Ağayeva bildirib ki, Vətən müharibəsində qısa müddətdə qələbə qazanmağımızın ciddi əsasları var: “Əvvəla, Azərbaycan öz tarixi ərazisində, əzəli torpaqlarında müharibə aparıb. Bu haqq savaşında ölkəmiz, eyni zamanda, tarixdə heç vaxt bu qədər güclü olmadığını sübuta yetirib, siyasi, iqtisadi, hərbi gücünü nümayiş etdirib, xalq-iqtidar birliyini bütün dünyaya göstərib. Azərbaycan bu gücdən istifadə edərək qarşıda duran əsas vəzifəni - torpaqlarımızı işğaldan azad etmək missiyasını şərəflə yerinə yetirdi. Şanlı Qələbəmiz ölkəmizin dünyadakı mövqeyini daha da möhkəmləndirdi. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi. Vətən müharibəsindən sonra müşahidə olunan mənzərə də artıq Ermənistan silahlı qüvvələrinin faktiki olaraq məhv edildiyini göstərdi. Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərimizdə bərpa-yenidənqurma işlərinin aparılması ilə bağlı imzaladığı Fərman və sərəncamlar da bu torpaqların qısa müddətdə cənnətə çevriləcəyindən xəbər verir”.
Rayon təşkilatının sədrinin fikrincə, dövlət başçısının təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondunun yaradılması da xalqımız və dövlətimiz üçün mühüm əhəmiyyətə malikdir: “Prezident İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu müvafiq layihələrə maliyyə dəstəyi göstərəcək. Bu Fond sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, habelə ölkə daxilində, eləcə də ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi tədbirlərini publik hüquqi şəxs kimi gerçəkləşdirəcək. Yeri gəlmişkən, işğaldan azad olunan ərazilər abadlaşdırılandan sonra turizm sektoru da inkişaf edəcək. Eyni zamanda, bu ərazilərin iqtisadi potensialı Azərbaycanın inkişafına davamlı töhfələr verməklə yanaşı, dünyanın diqqətini özünə cəlb edəcək”.

Paylaş:
Baxılıb: 267 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31