Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qafqaz Albaniyasına həsr olunan beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Qafqaz Albaniyasına həsr olunan beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

19.04.2024 [17:58]

Aprelin 19-20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA) və Alban-udi xristian icmasının birgə təşkilatçılığı ilə “QafqazAlbaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixiabidələr” mövzusunda XI Beynəlxalq elmi konfrans keçiriləcək. Konfransın keçirilməsində məqsəd dünya albanşünaslığının görkəmli nümayəndələrini bir arayagətirməklə səmərəli elmi müzakirələr aparılacaq. 

Aprelin 19-da konfrans iştirakçılarının Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəri təşkil edilib. Səfər çərçivəsində ermənilərin işğal dövründə özününküləşdirməyə çalışdığı və erməni irsinin nümunəsi kimi təbliğ etdikləri Azərbaycan abidələrindən biri Ağ xaçkilsəsi ziyarət olunub. Qonaqlara məlumat verilib ki, Qarabağda yerləşən və Azərbaycan xalqının maddi-mədəni, tarixi-dini irs nümunələrindən olan Ağ xaç kilsəsi Hadrut qəsəbəsi ilə Çinarlı kəndi arasında hündür təpə üzərindəyerləşir. Ağ xaç kilsəsi burada vaxtilə mövcud olmuş monastırın baş kilsəsidir. İnşa tarixi məlum olmasa da, ərazidəki bir sıra kitabələr hələ IX əsrdə bu kilsənin fəaliyyətdə olduğunu təsdiqləyir.

Konfrans iştirakçıları daha sonra Tuğ kəndindəki Qafqaz Albaniyası dövrü abidələri ilə tanış olublar. Onlara məlumat verilib ki, Tuğ kəndi Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidlərindən biridir. Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən olan Tuğunadı Azərbaycan tarixinə dair V-VIII əsrlərin mənbələrində çəkilir. Ermənistan silahlı qüvvələrinin işğalı dövrü bu toponimin ermənilər tərəfindən dəyişdirilməsi mümkün olmayıb. Diqqətə çatdırılıb ki, tarixi baxımdan Tuğ kəndi olduqca zəngin ərazidir. Burada Ki-Tış qalası, Qafqaz Albaniyası dövrü abidələri və 50-dən çox tarixi əhəmiyyətli memarlıq abidəsi var. 

Aprelin 20-də isə konfrans öz işinə başlayacaq. Konfransın açılış mərasimində AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova, Türk Tarix Qurumunun rəhbəri, elmlər doktoru, professor Yüksel Özgen, Qazaxıstan Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin Tarix və Etnologiya institutunun baş direktoru, Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvü, tarixelmləri doktoru, professor Ziyabek Kabuldinov, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, akademik Azamat Ziyo çıxış edəcəklər.

Qafqaz Albaniyasının etnoarxeologiyasını, tarixi abidələrinivə yazılı mənbələrini əhatə edən konfransda “Qafqaz Albaniyasının tarixi coğrafiyası və arxeologiyası”, “Qafqaz Albaniyasının daxili vəziyyəti. Beynəlxalq əlaqələr və xarici siyasət”, “Qafqaz Albaniyasında yazı, din və mədəniyyət”, “Qafqaz Albaniyasının əhalisi və varisləri” mövzusunda bölmə iclaslarında müzakirələr aparılacaq. Bölmə iclaslarında Türkiyə, Qazaxıstan, Özbəkistan, CənubiKoreya, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislərin məruzələri dinləniləcək. Konfrans hibrid formatdaAzərbaycan, ingilis və rus dillərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Qafqaz Albaniyasının tarixi vəetnik-mədəni irsinin sistemli tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi rolunu oynayır. Qafqaz Albaniyası min iləyaxın müddətdə regionun həyatında mühüm yer tutmuş, özündən sonra mühüm tarixi irs qoymuşdur. Bu irsinhərtərəfli tədqiqi nəticəsində albanşünaslıq elm sahəsi yaranmış və bu gün də inkişaf etməkdədir. Azərbaycan Respublikası zəngin Alban etno-mədəni irsinin, Qafqaz Albaniyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin və bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərəfindənyaradılan bütün tarixi və dini irsin birbaşa tarixi varisi və qoruyucusudur. Albanşünaslığın tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində vacib problemlərinin araşdırılması, Alban etno-mədəni irsinin saxlanması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Qafqaz Albaniyasını öyrənirik” layihəsi mərkəzin fəaliyyətə başladığıilk günlərdən həyata keçirilir. Layihə çərçivəsində Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı yerli və xarici ölkə alimlərinin araşdırmaları diqqət mərkəzində saxlanılır. Tədqiqatların geniş auditoriyaya çatdırılması məqsədilə mütəmadi olaraq beynəlxalq konfranslar, təqdimatlar və dəyirmi masalar təşkiledilir.

Paylaş:
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31