Ermənistanda keçirilən sorğunun gizli şifrəsi
24.10.2024 [09:00]
ABŞ-ın “çoxgedişli kombinasiyası”nın növbəti “səhifəsi”...
Müasir dünyanın şərtləri və çağırışları ildən-ilə dəyişir. Məsələn, güc mərkəzləri yürütdükləri imperialist siyasəti pərdələmək üçün müxtəlif vasitələrə əl atırlar. Bunlardan ən “populyarları” isə təbii ki, “humanitar effekt”, “demokratik yardım”, “ictimai inkişaf”, “azad hüquqlar toplusu” və bu kimi “qlobal dəyər” şəklinə salınaraq məhdud maraqların təmininə yönəldilən siyasi proyeksiyalardır. Xüsusən Qərb “siyasi ənənəsi”ndə bu kimi “yumşaq güc” vasitələrinin qısa zamanda təsir mexanizminə çevrilməsinin şahidi oluruq.
ABŞ-ın niyyəti...
Son dövrlərdə Cənubi Qafqaz regionuna münasibətdə Qərbin davranışlarına nəzər salsaq, eyni mənzərənin şahidi ola bilərik. ABŞ Cənubi Qafqazda özünün maraq dairəsini gücləndirmək və davamlı hala salmaq üçün bu kimi vasitələrdən istifadə edir:
- Ermənistanla “yaxın münasibətlər” toplusu görüntüsünü formalaşdırır;
- Ermənistanda “demokratikləşmə prosesinə yardım” manevrləri edir;
- Özünün “siyasi imicmeykerliyi”ni həyata keçirmək üçün fərqli fondların və institutların əli ilə Ermənistana maddi yardımlar göstərir.
Təbii ki, prosesin hədəfləndiyi nəticə özünü indidən bəlli edir - bu barədə az sonra. Hələlik isə Vaşinqtonun İrəvanda apardığı “işin” mahiyyətinə diqqət yetirək.
Sirr deyil ki, son aylarda ABŞ-ın var gücü ilə Ermənistanda ictimai rəyə təsir imkanları axtardığının şahidi oluruq. USAID vasitəsilə “yardımlar”ın edilməsi, ABŞ ordusunun təlimatçılarının İrəvana səfərləri, fərqli fondların Ermənistanda QHT sektoruna maliyyə yardımları ayırması bu fəaliyyətin tərkib hissəsidir. Hazırki mərhələdə isə paralel olaraq həm də ictimai rəyə təsir imkanları araşdırılır. Bunun üçün də il ərzində bir neçə adda fərqli statuslu, amma eyni mahiyyəti daşıyan “ictimai sorğular” keçirilir. Hədəf isə eynidir...
Qeyd edək ki, Ermənistanda keçirilən növbəti rəy sorğusu da Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) sifarişi ilə “Brevis” kompaniyası tərəfindən sentyabrın 13-dən 25-dək telefon müsahibələri vasitəsilə aparılıb. Sorğuda 1503 nəfər iştirak edib. Rəy sorğusunda ilk olaraq Ermənistanın siyasi hakimiyyətində və müxalifətində təmsil olunanlara “etimad” məsələsi qoyulsa da, əsas mahiyyət daha başqadır...
Ermənistan üçün vacib olan...
Sorğunun maraqlı məqamlarından birini “Bu ölkələrdən hansını Ermənistan üçün daha vacib hesab edirsiniz?” sualına cavab təşkil edib. Birinci yerdə Fransa, ikinci yerdə İran, üçüncü yerdə ABŞ, dördüncü yerdə Hindistan, beşinci yerdə isə Avropa İttifaqı səs qazanıb - bu siyahıda Ermənistanla 30 il yaxın müttəfiq olmuş Rusiyanın adı yoxdur. Rəy sorğusunun məqsədlərindən biri aydın oldu - ABŞ-ın təhriki ilə KTMT və başqa platformalardan çıxmağı planlaşdıran Ermənistanda guya ictimai rəyin anti-Rusiya əhvalında olmasını faktoloji sübuta yetirmək istəyən ABŞ bu yola əl atır. Halbuki hər kəsə bəllidir ki, Ermənistan əhalisinin əksəriyyəti fərqli yanaşma sərgiləməkdədir. ABŞ-ın BRİ missiyasının məqsədi indidən Ermənistanın “tutduğu yol”a “işıq salmaqdır”. Vaxtı çatanda isə “bunu ictimai rəy tələb edir” deyə arqument formalaşdırır...
ABŞ-ın sorğu manipulyasiyası - Azərbaycan kimdənsə güzəşt istəmir...
Ən maraqlı məqam isə Ermənistan ilə Azərbaycan arasındakı problemə yanaşmadır - belə ki, rəyi soruşulanların 56 faizi Azərbaycanla sülh müqaviləsini dəstəklədiklərini, 38 faizi bunun əleyhinə olduqlarını bildirir. Paralel olaraq respondentlərin 52 faizi konstitusiya islahatlarının əleyhinə, 24 faizi lehinə çıxış edir. Azərbaycana “növbəti güzəştlərə” gəlincə, 80 faiz iddia edir ki, güzəştə gediləcək heç nə qalmayıb. Yəni Azərbaycanla münasibətlərin normallaşması üçün mümkün olan maksimum güzəştə gedilib.
Kələfin ucu burada açılır. ABŞ bu yolla özünün marağında olan “yolu” ictimai rəy vasitəsilə gündəmə gətirir. Yaratdığı labirint Vaşinqtonu ələ verir. Çünki təzad ortadadır:
- Əgər Ermənistan əhalisinin 56 faizi (yəni çoxluğu) sülh tərəfdarıdırsa, niyə 52 faiz konstitusiya “islahatlarına” qarşı çıxır. Axı, Ermənistan ictimaiyyəti Azərbaycanın qəti mövqeyini bilir - Ermənistan Konstitusiyasında məlum qondarma iddialar aradan qalxmayınca sülh müqaviləsi imzalanmayacaq. Məntiqlə sülhü istəyənlər anlamalıdırlar ki, qondarma iddiaları aradan qalxmalıdır. Demək ki, ABŞ özünün “yarımçıq sülh” planını burada da “işə salır”.
- Respondentlərin 80 faizinin “güzəştə gediləsi heç nə qalmayıb” “rəyi” də məhz buna ehtiva edir - Azərbaycan heç kimdən heç nə istəməyib ki, kimsə də bizə güzəşt etsin. Bizim tələbimiz hüquqi status daşıyır: Ermənistan Konstitusiyasındakı qeyri-hüquqi, əsassız iddianın ortadan qaldırılmasını istəyirik. Bu “güzəşt” deyil, Azərbaycanın haqlı tələbidir.
Beləliklə, bu rəy sorğusunun əsl mahiyyəti, keçirilmə səbəbi özünü “ələ verir”. ABŞ bu vasitə ilə “çoxgedişli kombinasiyasını” daha da stimullaşdırmağa çalışır. Bir tərəfdən, Azərbaycanı “yarımçıq sülh” müqaviləsini imzalamağa çağırır, digər tərəfdən isə Ermənistanın “ictimi rəyi”nin Konstitusiya dəyişikliyinə “etirazını” sorğularla “önə çıxarır”.
Sərhəd oyunu - artım proqnozu qarşısında məntiqsiz etiraz...
Sorğunun gizli şifrələrindən biri də Ermənistan əhalisinin 50 faizdən çoxunun Ermənistan-Türkiyə sərhədinin açılmasının “əleyhinə” çıxış etməsi məsələsidir. ABŞ bu “göstərici” ilə Zəngəzur dəhlizinin reallaşması məsələsinə “münasibətini” sərgiləyir. Necə ola bilir ki, sərhədin açılmasının faydaları arasında mümkün iqtisadi artımı 65 faiz göstərildiyi halda, respondentlərin 56 faizi sərhədin açılmasının əleyhinə “səs verir”? Hətta 46 faiz respondent sərhədlərin açılmasını “türklərin və azərbaycanlıların Ermənistana sərbəst gəlib-getməsinə səbəb olacaq təhlükə” sayır.
Beləliklə, ABŞ-ın Cənubi Qafqaz siyasətinin başbilənlərinin bu sorğu vasitəsilə özünün maraqlarını təmin etməsi faktı birmənalı şəkildə ortadadır.
BRİ və Soros Fondu...
Bu sorğunun “sahibi”nin hansı mərkəzlərə və niyyətlərə qulluq etməsi hər kəsə bəllidir. Vaxtilə Gürcüstanda və eləcə də post-sovet məkanın fərqli nöqtələrində Birləşmiş Ştatların təsir agentləri şəbəkələri formalaşdırılmışdı - onların maliyyələşməsi isə Soros Açıq Cəmiyyət Fondu, ABŞ Milli Demokratiya Fondu (NED), Milli Demokratiya İnstitutu (NDI), Beynəlxalq Respublikaçılar İnstitutu və digər bu kimi təsisatlar əsasında tənzimlənirdi. Bu sırada Soros Fondu ilə Beynəlxalq Respublikaçılar İnstitutu arasındakı bağlılıq xüsusi diqqəti cəlb edir. Hər iki təşkilat son illərə qədər Gürcüstanda fəal işbirliyi yaratmışdı. XXI əsrin ikinci onilliyinin ortalarında Cənubi Qafqaz “planlarında” yeni birgə dəyişiklik etmək qərarı vermişdilər. Paşinyanın “dəstəklənməsi” və bunun üzərindən regional “agentura şəbəkəsi mərkəzi”nin Ermənsitana köçürülməsi planı hər iki tərəfin maraqlarına cavab verirdi.
Reyqanın “demokratiyaya yardım” alətləri...
Qeyd edək ki, hər iki təsisatın yaranma tarixi eyni dövrə təsadüf edir - Soros Fondu 1984, BRİ isə 1983-cü ildə formalaşdırılıb. BRİ-nin rəsmi saytında qeyd edilir ki, Amerikanın 40-cı prezidenti Ronald Reyqanın 1982-ci ildə Britaniya parlamentindəki çıxışı zamanı dediyi sözlər institutun yaranmasına əsas səbəbdir. R. Reyqan həmin çıxışıyla ABŞ-nin dünyada azadlıq və demokratiya uğrunda mübarizə aparanlara dəstək kursunu elan etmişdi və 1983-cü ildə ABŞ Konqresi Reyqanın çağırışına cavab verdi: dünyada demokratiyanı dəstəkləmək haqda qərar qəbul edildi. Bu işi görmək isə Beynəlxalq Respublikaçılar İnstitutu, Demokratiyaya Milli Yardım Fondu, Beynəlxalq Özəl Müəssisələr Mərkəzi və Amerika Beynəlxalq Əmək Həmrəyliyi Mərkəzi (ACİLS) kimi qurumlar fəaliyyətə başladı. Medalyonun görünməyən üzü isə Soros Fondu oldu.
BRİ-nin məqsədi...
BRİ-nin və Soros Fondunun Ermənistandakı fəaliyyətinin genişləndirilməsi isə Gürcüstanla birbaşa əlaqəlidir. Regionda baş verən son proseslərdən sonra ABŞ özünə Cənubi Qafqazda Ermənistanı “arxa bağça” seçib. Əgər BRİ-nin “məramnaməsi”nə diqqət yetirsək, görərik ki, onlar yalnız Ermənistan daxilində “demokratik inkkşaf” işi aparmır, bütövlükdə, regionu qarışdırmaq üçün zəif bənd sayılan İrəvandan istifadə edirlər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50

