Yelisey Sarayı yeni hökumət böhranı ilə üz-üzə
27.11.2024 [09:16]
Böyük ənənələri olan və dünyaya bir sıra ilklər təqdim edən Fransa hazırda öz tarixinin ən ağrılı dönəmindən keçir. Paytaxt Parisdə, əyalətlərdə sənaye, xidmət və kənd təsərrüfatı işçiləri mütəmadi qaydada aksiyalar keçirərək onların dolanışıq və iş şəraitini getdikcə ağırlaşdıran “islahatlar”a etirazlarını bildirirlər. Siyasi vəziyyət də stabil deyil. Parlamentdə Makronun impiçmenti ilə bağlı başlayan müzakirələrin ardından ölkədə hökumət böhranı da gündəmə gəlib.
Barnye hökumətinə etimadsızlıq
Makronun cari ildə Avropa Parlamentinə və Milli Assambleyaya keçirilən seçkilərdən sonra qanunvericiliyi tapdalayaraq saxtakarlıqla formalaşdırdığı Barnye hökuməti elə ilk günlərdən ölkə boyunca artan problemlərin öhdəsindən gəlməkdə aciz olduğunu nümayiş etdirir. Aradan bir neçə ay ötməsinə rəğmən, ölkə iqtisadiyyatının hansısa bir sahəsində müsbət dəyişikliklərin müşahidə edildiyini söyləmək çətindir. Əksinə, tənəzzül meyllərində daha yüksək dinamika ortadadır.
Barnye hökumətinə növbəti etimadsızlıq bu dəfə Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Marin Le Pendən gəlib. O, 2025-ci il üçün dövlət büdcəsi layihəsi dəyişdirilməyəcəyi təqdirdə Fransa hökumətinə etimadsızlıq barədə qətnamə təqdim etmək niyyətində olduğunu bildirib.
Marin Le Pen bunu Baş nazir Barnye ilə görüşdən sonra BFMTV telekanalının efirində deyib. O, mövqeyinin dəyişmədiyini vurğulayaraq bildirib ki, layihəyə düzəliş edilməsə, Milli Birlik fraksiyası hökumətə etimadsızlıq səsverməsini dəstəkləyəcək.
Marin Le Penin partiyası hökumətin elektrik enerjisi vergilərinin artırılması ilə bağlı planını büdcə layihəsindən çıxarmağı tələb edir. O, həmçinin Baş nazirə Fransa Konstitusiyasının 49.3-cü maddəsindən istifadə olunmaqla parlamentdən yan keçərək büdcənin qəbulu cəhdlərinə qarşı xəbərdarlıq edib.
Qeyd edək ki, Fransa Konstitusiyasının 49.3-cü maddəsi hakimiyyət orqanlarına qanunları səsvermə olmadan qəbul etməyə icazə verir. Lakin bu maddədən istifadə edilərsə, parlament 24 saat ərzində hökumətə etimadsızlıq səsverməsi elan etmək hüququna malikdir. İctimai dəstəyi olmayan Makron iki prezidentliyi dönəmində bəyan etdiyi bir neçə “islahat” paketinin məhz parlament müzakirələrindən yan keçilməsi ilə qüvvəyə minməsinə nail olub. İslahatlar adı altında qanunvericiliyin bu yolla dəyişdirilməsi ölkədə çox doğru olaraq iqtidarın demokratiyadan uzaqlaşması, təkhakimiyyətliliyə keçid edilməsi anlamında qəbul edilir. Təbii ki, Makronun yeni mürtəce idarəetmə üsuluna keçməsi ölkədə ciddi etirazlar yaradır.
Onu da vurğulamaq yerinə düşər ki, Makronun yarıtmaz siyasətinə etiraz edən qüvvələr sırasında yer alan Milli Birlik Partiyasının Fransada nüfuzu son vaxtlarda əhəmiyyətli dərəcədə artıb. Bu partiya Avropa Parlamentinə seçkilərdə Makronun mərkəzçi blokundan daha çox səs toplamağa nail oldu. Eyni ssenari Milli Assambleyaya seçkilərdə də təkrarlanacaqdı. Bunu nəzərə alan Makronun mərkəzçi bloku digər partiyalarla separat sövdələşmələr quraraq Milli Assambleyaya seçkilərdə nisbətən çox səs toplamağa nail oldu. Bununla belə, ölkədə aparılan son reytinq sorğularında Milli Birlik Partiyasının nüfuzunun əhəmiyyətli dərəcədə artdığı bir daha təsdiqlənib. Belə ki, sağçı Milli Birlik Partiyasının rəhbəri Jordan Bardella və onun parlamentdəki fraksiyasının lideri Marin Le Pen populyarlıq səviyyəsinə görə Makronu qabaqlayaraq reytinqdə müvafiq olaraq bırinci və ikinci yerləri bölüşüblər.
Vergilərin artırılmasını nəzərdə tutan sərt büdcə siyasəti
Cari ildə Barnye hökuməti vergi daxilolmalarının proqnozlardan xeyli aşağı düşməsi problem ilə üzləşib. Eyni zamanda, gəlirlərin azalması fonunda Fransaya Avropa İttifaqı tərəfdaşları tərəfindən öhdəliklərini yerinə yetirməklə bağlı tələblər və təzyiqlər getdikcə artır. Həmçinin artan xarici borc öhdəliklərinin qarşılanması imkanlarının məhdudlaşması da ciddi narahatlıq doğurur.
Belə bir çətin vəziyyətdə hökumət sərt büdcə siyasətinə keçid etmək niyyətindədir. 2025-ci ilin büdcə layihəsi də məhz bu məzmundadır. Hazırda ölkədə getdikcə yüksələn büdcə kəsiri ilə mübarizə üçün yeni vergi artımlarını və 60 milyard avro dəyərində xərclərin azaldılması planlarını özündə ehtiva edən bir büdcənin müzakirələri aparılır.
Verilən məlumatlara görə, dövlət borcuna xidmətlə bağlı maliyyələşmədə kritik vəziyyət müşahidə olunur. Buna görə də 2025-ci il büdcəsinin xərc hissəsinin 40 milyard avro azaldılması, gəlir hissəsinin isə 20 milyard avro artırılması planlaşdırılır. Gəlirləri artırmaq üçün Fransa hakimiyyəti xüsusilə 400 ən böyük şirkətin vergisini artırmaq niyyətindədir.
Bundan başqa, hakimiyyət koronavirus pandemiyası zamanı tətbiq edilən sosial müdafiə tədbirlərini mərhələli şəkildə ləğv etməyi hədəfləyir. Bu, xüsusən də fransızların ən aztəminatlı hissəsi üçün elektrik enerjisi tariflərinin artırılmasına mane olan “tarif qalxanı”na aiddir. Proqnozlara görə, gələn il büdcə kəsirinin 148 milyard avroya çatacağı ehtimal olunur. Büdcə kəsirini vergiləri növbəti dəfə artırmaqla azaltmaq çıxış yoludurmu?
İctimai dəstəyi olmayan Makron iki prezidentliyi dönəmində bəyan etdiyi bir neçə “islahat” paketinin məhz parlament müzakirələrindən yan keçilməsi ilə qüvvəyə minməsinə nail olub. İslahatlar adı altında qanunvericiliyin bu yolla dəyişdirilməsi ölkədə çox doğru olaraq iqtidarın demokratiyadan uzaqlaşması, təkhakimiyyətliliyə keçid edilməsi anlamında qəbul edilir. Təbii ki, Makronun yeni mürtəce idarəetmə üsuluna keçməsi ölkədə ciddi etirazlar yaradır.
Barnye hökumətinə növbəti etimadsızlıq bu dəfə Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Marin Le Pendən gəlib. O, 2025-ci il üçün dövlət büdcəsi layihəsi dəyişdirilməyəcəyi təqdirdə Fransa hökumətinə etimadsızlıq barədə qətnamə təqdim etmək niyyətində olduğunu bildirib
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxGündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25

