“F-35” qırıcıları veriləcək?
28.11.2024 [09:17]
Türkiyənin “KAAN” istehsal etməsi Vaşinqtonun mövqeyində dəyişikliyə səbəb olub
Türkiyə ilə ABŞ “F-35” qırıcıları ilə bağlı razılaşmaya yaxındır. Belə ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ABŞ-da saxlanılan 6 ədəd F-35 qırıcı təyyarəsinin Türkiyəyə təhvil verilməsi üçün yenidən sorğu göndərdiklərini bildirib. Onun sözlərinə görə, Türkiyənin milli beşinci nəsil döyüş təyyarəsi olan “KAAN”ın istehsalı ABŞ-ın mövqeyini dəyişib və təyyarələrin təhvil verilməsi məsələsi yenidən gündəmə gəlib: “ABŞ-da 6 ədəd “F-35” təyyarəmiz var. İndi bizim “KAAN” istehsal etdiyimizi gördülər və münasibətləri dəyişib. Təyyarələri təhvil verə biləcəklərini deyirlər”.
Xatırladaq ki, ABŞ uzun müddət Türkiyəyə “F-16” qırıcılarını da satmaqdan imtina edirdi. Lakin İsveçin NATO üzvlüyünü ratifikasiya etməsindən sonra ABŞ hökuməti Türkiyəyə “F-16” döyüş təyyarələrinin satışına dair 23 milyard dollarlıq müqaviləni təsdiqləyib. Müqaviləyə əsasən Türkiyə 40 yeni “F-16” qırıcısı alır və 79 təyyarəni isə təkmilləşdirməlidir. ABŞ-ın Türkiyəyə “F-16” qırıcı təyyarələrin satışı ilə bağlı mühüm mərhələ bu il fevralın 10-da tamamlanıb.
ABŞ “F-35” təyyarələrini Türkiyəyə niyə satmaq istəməyib?
Bunun ardınca, “F-35” qırıcılarının gündəmə gəlməsi isə Türkiyənin hərbi hava qüvvələrini daha da gücləndirəcək. Bəs indiyədək ABŞ Türkiyəyə niyə “F-35” satmaq istəməyib? Məsələ ondadır ki, regionda mürəkkəb proseslərin, təhdidlərin artdığı bir şəraitdə Türkiyə hərbi gücünü artırmaq və hava məkanını daha etibarlı qorumaq üçün NATO müttəfiqi olan ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemləri, eləcə də “F-16” və “F-35” hərbi təyyarələri almaq üçün müraciət etmişdi. 2012-ci ilin noyabrında Türkiyə Suriya ilə sərhədinin yaxınlığındakı ərazisində “Patriot” hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı NATO-ya ərizə ilə müraciət etmişdi. Alyans rəhbərliyi kimyəvi hücum təhlükəsinə görə həmin ilin dekabr ayında raketlərin göndərilməsi ilə bağlı qərar qəbul etdi. “Patriot” kompleksləri Ankaraya alyans üzrə müttəfiq ABŞ, Almaniya və Niderland tərəfindən ayrılmışdı. “Patriot” raket-zenit kompleksləri Türkiyəyə 2013-cü ilin yanvarında gətirildi. Bu sistemlərin Türkiyə ərazisində yerləşdirilməsində məqsəd Suriya tərəfindən mümkün hücumların qarşısını almaq idi. Müttəfiqlər bu müdafiə sistemini Türkiyəyə icarəyə vermişdilər. Həmin razılaşmanın müddəti 2015-ci il yanvarın sonunda başa çatdı. Lakin müttəfiqlər müxtəlif bəhanələrlə müqavilə müddətini uzatmadılar. Amsterdamın ardınca ABŞ və Almaniya “Patriot”ları Türkiyə ərazisindən çıxardı. Buna alternativ olaraq heç bir təklif irəli sürülmədi.
ABŞ “F-35” və “F-16”-ların, eləcə də “Patriot” HHMS-ni Türkiyəyə satışını müxtəlif bəhanələrlə uzatdığı üçün Ankara 2017-ci ilin dekabrında Rusiyadan S-400 zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzaladı. Bu saziş rəsmi Ankara və Vaşinqton arasında münasibətlərdə müəyyən gərginlik yaratdı. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri almağı tələb etdi. Əks-təqdirdə ABŞ Türkiyəyə “F-35” qırıcı təyyarələrinin satışının dayandırılacağını bildirdi. Lakin Ankaranın Rusiya ilə müqaviləni pozmadığı üçün Türkiyənin proqramdakı iştirakı dayandırıldı. Halbuki, Türkiyə “F-35” layihəsinin 9 həmmüəllifindən biridir və proqrama milyardlarla dollar sərmayə qoyub. Beləliklə, Qərbdən və NATO-dan olan müttəfiqlərinin laqeydliyi Türkiyənin Rusiya ilə hava hücumundan müdafiə sistemi üzrə əməkdaşlığına səbəb olmuşdu.
“KAAN”-ın üstünlükləri nədir?
Görünür, indi ABŞ səhvini anlamağa başlayıb. Çünki Türkiyə ötən dövr ərzində hərbi sənayesini əhəmiyyətli dərəcədə gücləndirib. Beşinci nəsil “KAAN” qırıcısının yaradılması ilə rəsmi Ankara ABŞ-a və digər NATO üzvlərinə nümayiş etdirdi ki, heç kimdən asılı deyil və öz gücünə bütün problemləri dəf etməyə qadirdir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. “KAAN”ın texniki xüsusiyyətlərinə gəldikdə isə, Türk Təyyarə Sənayesi Şirkətinin (TUSAŞ) yerli və milli imkanlarla inkişaf etdirdiyi milli döyüş təyyarəsi Pilotsuz Uçuş Aparatlarının hava xəbərdarlıqları, nəzarəti kimi funksiyalarını özündə cəmləşdirir. Yeni nəsil silahlarının vasitəsilə havadan havaya döyüş aparmaq qabiliyyətinə malik təyyarə daxili silah yuvalarından səsdən yüksək sürətlə dəqiq zərbələr endirmək iqtidarındadır. Onun döyüş gücü süni intellekt və neyron şəbəkə dəstəyi ilə artırılıb. “KAAN” göstəricilərinə görə “F-35” qırıcılarına bərabərdir.
Xatırladaq ki, Türkiyənin “KAAN” milli hərbi təyyarəsi bu ilin fevralında ilk uçuşunu uğurla həyata keçirib. Türkiyənin Aerokosmik Sənayesi tərəfindən həyata keçirilən ən mühüm texnologiya layihələrindən biri olan “KAAN”ın uçuşu üçün bütün texniki və laboratoriya sınaqları tamamlanıb. Ötən il martın 17-də “KAAN” ilk dəfə uçuş-enmə zolağına çıxarılmışdı. Bunun ardından türk mühəndisləri tərəfindən son 9 ayda təyyarənin səmaya qaldırılması üçün hazırlıqlar aparılıb. “KAAN”ın qanadlarının uzunluğu 14, hündürlüyü 6, uzunluğu isə 21 metrdir. Təyyarənin kokpiti bir pilot üçün nəzərdə tutulub. Qoşa mühərriki, yüksək manevr qabiliyyəti, radardan yayınması, gəmidə silah daşıma və elektron döyüş qabiliyyətləri bu hərbi hava vasitəsinin ən diqqətçəkən xüsusiyyətləridir. Hər cür hava və yer hədəflərinə strateji hücum imkanı yaradacaq təyyarə yüksək döyüş məsafəsi və supersonik sürətlə dəqiq atəş xüsusiyyətləri ilə də fərqlənir. “KAAN”ın yaxın illərdə Türkiyə ordusunun arsenalına daxil edilməsi nəzərdə tutulur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25

