Qərb mövqeyini dəyişir
06.12.2024 [09:56]
Ukraynanın sülh “planları”nda güzəşt limiti...
İtaliya da müharibəni bitirmək arzusunda olanlara qoşuldu
2024-cü il sona yaxınlaşdıqca Qərbin Ukrayna - Rusiya müharibəsinə baxışı dəyişir. Dünənə qədər sülh çağırışları əsasən Şərqi Avropa ölkələrindən - Türkiyə, Macarıstan, Serbiya, Slovakiyadan səslənirdisə, artıq bu cərgə daha da “sıxlaşır”. Xüsusilə Almaniyanın prosesə aktiv şəkildə qoşulması və cəmisi bir neçə gün fasilə ilə həm Kremllə danışması, həm də Kiyevi ziyarət etməsi danışıqlar prosesi ilə bağlı ümidləri artırıb. Sülh prosesi demək olar ki, aktiv fazaya qədəm qoyur.
Təbii ki, bu məsələdə ABŞ-ın yeni prezidenti Donald Trampın mövqeyi əsaslı rol oynamaqdadır. Trampın yeni ildən Ukraynaya silah tədarükünün azaldılacağını, maliyyə yardımlarının minimuma endiriləcəyini və humanitar məqsəddən kənara çıxmayacağını deməsi Mərkəzi və Qərbi Avropanı da “hərəkətə” gətirib. Danışıqlar prosesinin formalaşmasına “məsul” edilmiş Almaniya kanslerinin G7 iclasında nümayiş etdirdiyi mövqe, üstəlik Ukraynanın NATO-ya qapılarının müvəqqəti də olsa “bağlanması” deyilənləri təsdiqləyir.
Romadan Kiyevə çağırış: Güzəştə getməlisən...
Yeri gəlmişkən, məsələ ilə bağlı münasibətini bildirən tərəflər “şərtsiz sülh danışıqları” formulunu önə çəkirlər. Bu isə onu deməyə əsas verir ki, artıq Ukrayna-Rusiya müharibəsi ilə bağlı beynəlxalq təzyiqlər artmaqdadır. Məsələn, İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani Ukraynanın sülhün təmin edilməsi məqsədilə müəyyən güzəştlərə getməli olduğunu bəyan edib. RAI-1 telekanalına verdiyi müsahibədə Tayani vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün Ukraynanın diplomatik addımlar atmasının vacib olduğunu vurğulayıb. “Əgər ruslar irəliləməyə davam edərsə, Zelenski vəziyyətin daha da pisləşməsini istəmirsə, güzəştlərə getməli olacaq”, - deyə nazir qeyd edib.
Tayani həmçinin bildirib ki, müharibə sonsuzadək davam edə bilməz və tərəflər gec-tez masaya oturaraq hərbi əməliyyatlara son verməlidirlər. “Müharibə 2025-ci ildə, Zelenskinin də dediyi kimi başa çatmalıdır”, - deyə İtaliyanın baş nazir müavini əlavə edib.
İtaliyalı siyasətçinin bu mövqeyi isə Qərbin siyasi analitikləri tərəfindən son dövrlərdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı ən realist çıxış kimi dəyərləndirilib. Xarici mətbuat Tayaninin fikirlərinin “hər kəsin demək istəyib deyə bilmədiyi” sözlər olduğunu yazıb.
İlk təmasdan sonra...
Vurğulanmalıdır ki, iki ölkə arasında sülh prosesinin başlanması üçün ilk olaraq Türkiyə tərəfindən vasitəçilik təklif edilmişdi - hətta bu, müəyyən mənada baş vermişdi. Müharibənin başlamasından təxminən bir neçə gün sonra Türkiyənin Antalya şəhərində Rusiya, Ukrayna və Türkiyə XİN rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirilmişdi - 1,5 saat davam edən görüş mühüm əhəmiyyət daşımaqla yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasındakı ilk canlı təmas kimi tarixə düşmüşdü.
Sonradan bir sıra dövlətlər oxşar cəhdlər etdilər - amma nəticə etibarı ilə sülh prosesi alınmadı. Təbii ki, burada Qərbin Ukraynanı silahlandırması və müharibəyə təhrik etməsi də mühüm rol oynadı.
Orban da daxil olmaqla...
İtaliyanın XİN başçısının fikirləri isə növbəti sülh çağırışı kimi yadda qaldı. Qeyd edək ki, bir neçə ölkənin rəsmi şəxsi Ukraynanı sülh üçün güzəşt etməyə çağırmışdı - hətta ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Mark Milley Ukraynanın müharibədə tam qələbə əldə etməsinin çətin olduğunu və soyuq müharibə mövsümündə danışıqlar üçün şərait yarana biləcəyini demişdi. O, bu məsələnin müzakirəyə açıq olduğunu vurğulayaraq Ukraynaya müvəqqəti güzəştlərə getməyin lazım ola biləcəyini bildirmişdi.
Eyni zamanda bəzi Avropa liderləri də Ukraynaya sülh danışıqlarına başlamağı təklif etmişdi - lakin, bu təkliflərə qarşı Ukrayna Prezidenti birmənalı olaraq reaksiya verərək, ölkəsinin təslimçiliyə getməyəcəyini, belə təkliflərin qəbulolunmazlığını bildirmişdi.
Macarıstanın Baş naziri Viktor Orban da Ukraynanı sülh üçün güzəşt etməyə çağırmışdı - Orban bir neçə dəfə bildirmişdi ki, Ukrayna və Rusiya arasında müharibə uzun müddət davam edə bilər və yaranan vəziyyət yalnız diplomatik yollarla həll olunmalıdır. Orban, həmçinin, Qərbin və NATO-nun siyasətlərinin müharibəni uzatma riskini artırdığını ifadə etmişdi. O əlavə etmişdi ki, bəzi hallarda Ukraynanın ərazi itkilərinə görə güzəşt etməsi belə lazım gələ bilər. Orbanın fikrincə, Ukraynanın Qərb tərəfindən dəstəklənməsi yaxşı niyyət olsa da, müharibənin daha da uzanması və daha çox insan itkisinə yol açması qlobal stabilliyə zərbədir. Macarıstan lideri bir neçə dəfə bu cür güzəştlərin müharibənin dayandırılmasına və sülhə gətirib çıxara biləcəyinə iaşrə etmişdi.
Orbanın da çağırışları Ukrayna rəhbərliyi tərəfindən qəbul edilməmişdi və Zelenski Ukraynanın ərazi bütövlüyünün bərpasının əsas şərt olduğunu vurğulamışdı.
6 ölkə Ukraynanı görmək istəmir...
İndiki halda isə situasiyanı soyuq başla dəyərləndirmənin vaxtı yetişib. Düzdür, “müharibə davam etsin” sxeminə riayət edən NATO-nun yeni rəhbəri Kiyevi nəyin bahasına olursa olsun alyansa qatmağı planlaşdırsa da, bu mümkün olmur - bu halda NATO Ukraynada müharibənin başa çatdırılması üçün danışıqlar ssenarilərini nəzərdən keçirir. Hətta atəşkəs üçün təkliflərdən biri Avropa qüvvələrinin nəzarəti altında demilitarizasiya zonasının yaradılmasını nəzərdə tutur. Ukraynanın NATO-ya üzvlük məsələsi isə hələ də yekdilliklə dəstəklənmir. Hətta son olaraq Brüsselldə baş tutan NATO-nun xarici işlər nazirlərinin görüşündə iştirakçı ölkələr Ukraynanı alyansa dəvət etmək barədə razılığa gələ bilməyiblər. Ukraynanın üzvlüyünə qarşı olan ölkələr arasında Lüksemburq, Almaniya, Türkiyə, Slovakiya, Macarıstan və ABŞ yer alır. Onlar Rusiya ilə davam edən müharibənin bu imkanı istisna etdiyini bildiriblər....
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

