Bakı əməkdaşlığı, sülhü və sabitliyi təbliğ edir
16.04.2025 [10:47]
Son illərdə qlobal dünyada baş verən proseslər artıq köhnə nizamı tam olaraq sıradan çıxarıb. Xüsusilə, illərdir ki, apardığı siyasi təbliğatın bir anda sabun köpüyü kimi partlaması, demokratiya adı altında qurduğu müxtəlifyönlü oyunlarının ifşası, nəhayət, sülh uğrunda deyil, əksinə, sülhə qarşı “dəstək” kampaniyalarının iflası Avropa kontingentinin əsl simasını üzə çıxardı.
Beləliklə, Cənubi Qafqazda “möhkəmlənmək” üçün can atan Qərbin bütün cəhdləri bumeranq effekti ilə özünə qayıdır. Əməkdaşlığı “tabeçiliklə” qarışdıran Qərb, xüsusilə Avropa Komissiyası dövlətlərin üzərində monopolist hegemoniya qurmaq üçün bütün vasitələrə əl atır. Bir nüansı isə vurğulamamaq olmaz - öz yolunu Qərbin, Avropanın “düsturları” ilə deyil, milli maraqları əsasında quran ölkələr bu instansiyaların ən qatı düşməninə çevrilir.
Qafqazı bölməyə cəhd...
Bu mənada, Avropa Komissiyasının timsalında bəzi Qərb strukturlarının Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesinə münasibəti anlaşılan deyil - 2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror tədbirləri ilə özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmiş ölkəmizə qarşı nümayiş etdirilən davranış birmənalı qarşılana bilməz. Diqqət yetirsək, Aİ ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq Avropa Komissiyasının ölkəmizə qərəzli baxışı ilə uzlaşmır. Nəzərə alsaq ki, Azərbaycan yeni dövrdə Aİ-nin ən etibarlı enerji tərədaşına çevrilir, alternativ enerji mənbəyi kimi Avropanın 10-dan yuxarı ölkəsinə qaz ixrac edir, paralel olaraq, qlobal etimada layiq görülür, AK-nın və onun timsalında bir sıra strukturların mövqeləri ədalətsizdir. Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə toxunub. Dövlətimizin başçısı bununla bağlı deyib: “Beləliklə, Avropa Komissiyasında əyləşənlər gözlərindən eynəyi çıxarsınlar və dünyaya realist nöqteyi-nəzərdən baxsınlar, Azərbaycan kimi ölkələri dəyərləndirsinlər və Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə cəhd etməsinlər, yaxşı tərəfdaş kimi davransınlar”.
Sülhpərvər mövqeyi dəstəkləmək əvəzinə...
Bəli, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, BMT TŞ-nin məlum qətnamələrini yerinə yetirməyən, beynəlxalq aləmin tələblərinə məhəl qoymayan Ermənistanın korrupsioner havadarları əsl həqiqəti göz ardı edir, regional sülh üçün səfərbər olan ölkəmizin fəaliyyətini düzgün qiymətləndirmir. Vurğulamaq lazımdır ki, ötən 30 ildə Azərbaycan dövləti işğala məruz qalan tərəf olsa da, sülh prinsipini hər zaman ön sırada tutub, problemin danışıqlar yolu ilə həllinə üstünlük verib. Amma adını “beynəlxalq aləm” qoymuş təsisatlar, təşkilatlar, eləcə də Avropa Komissiyası Azərbaycanın sülhpərvər mövqeyini dəstəkləmək, onu dəyərləndirmək əvəzinə daha çox işğalçının yanında yer alıblar. Təbii ki, bu məsələdə xaricdəki erməni lobbisinin “xidməti” xüsusi “dəyərləndirilməlidir”. Adıçəkilən qurumların üzvlərinin, hətta rəsmilərinin belə rüşvətlə ələ alınması, korrupsiya girdabına düşməsi müasir dünyada tez-tez rast gəlinən presedentlərdən sayılır. Maraqlıdır ki, hətta bütün “maskası” üzündən enən bu kimi təşkilatlar sonradan da ədalətsiz mövqedən əl çəkmir, öz addımlarını davam etdirirlər...
Qeyri-adekvat yanaşma...
Qeyd olunduğu kimi, Azərbaycan bu gün Avropa İttifaqının üzvü olan ölkələrin enerji təminatında mühüm rol oynayır, ümumilikdə, Aİ ilə mühüm enerji dialoqu aparır - bu mənada, Avropa Komissiyasının Cənubi Qafqazla bağlı mövqeyinin “pərdə arxasından baxış” şəklində olması açıq qərəzin nümunəsidir. Etiraf olunmalıdır ki, Avropa Komissiyası və onun nümayəndələrinin imici artıq uzun müddətdir ki, yerlərdə sürünür - adı milyonluq korrupsiya faktlarında hallanır və ittiham edilir. Nə üçün öz “ayıbına kor olmayan” Avropa Komissiyası bütün qərəzdən əl çəkərək ədalətli mövqe tutmur? Qeyd edildiyi kimi, korporativ maraqlar və bəzi şübhəli əlaqələr bu məsələdə əsaslı rol oynayır. Halbuki, Azərbaycan 2020-ci ildən başlayaraq formalaşan yeni dünya düzənində “yol strategiyası”na əsaslanaraq özünün mühüm beynəlxalq əsaslara söykənən ticari doktrinasını formalaşdırır. Azərbaycan bu gün ən əhəmiyyətli qovşaqlardan biri kimi Avroasiyanın mərkəzində birləşdirici funksionallıq daşıyır. Orta Dəhliz vasitəsilə Qərbi Şərqə bağlayan, Mərkəzi Asiya ilə Kiçik Asiyanı qovuşduran, oradan isə Avropa məkanına inteqrasiyanı reallaşdıran Azərbaycan böyük bir anlamda ticari körpüyə, siyasi zəncirin ən mühüm birləşdiricisinə çevrilib. İstər enerji, istərsə də digər sahələrin inkişafı üçün əsas meyara çevrilmiş və Avropa ilə Çin arasındakı ən effektiv yolun ən mühüm stansiyası kimi oturuşmuş Azərbaycan özünün üstünlüklərini məharətlə iqtisadi dividendə çevirir - Avropa Komissiyası və onun kimi strukturların diqqət yetirməli olduğu məqamlardan biri də məhz odur ki, biz yaratdığımız bu dividendləri fərdi deyil, qlobal müstəvidə dəyərləndiririk. Başqa sözlə, Azərbaycanın yaratdığı bu mənzərədən bütün dünya iqtisadi - ticari, yeni zamanda siyasi baxımdan bəhrələnir. Qeyd olunduğu kimi, müəyyənləşdirilən və həyata keçirilən xarici siyasət kursu özündə qlobal həmrəyliyi və beynəlxalq əməkdaşlığı tərənnüm etməklə yanaşı, yeni layihələrin formalaşdırılmasını və təbliğini də ehtiva edir.
Azərbaycan mühüm əməkdaşlıq platformaları təqdim edir...
Azərbaycan nə üçün Cənubi Qafqazın həm iqtisadi, həm də siyasi lideridir sualına cavab çoxmənalıdır:
- Ölkəmiz tranzit xarakterli mühüm bir regionda təhlükəsizlik amili formalaşdırıb;
- İqtisadi münasibətlərdə yalnız şəffaflığa və dürüstlüyə, dotsluğa əsaslanan tezislər səsləndirir;
- Coğrafi imkanların yaxın - uzaq tərəfdaşlar üçün səmərəli istifadə halına gətirib;
- İstər ənənəvi, istərsə də yeni enerji mühitində etimadlı tərəfdaş kimi özünü sübut edib;
- Fərqli sivilizasiyaların birgə əməkdaşlıq planlarının formalaşdırılmasında yer alması kimi vacib ştrixləri ön sıraya çıxarıb
- Nəhayət, frəqli düşüncəyə, fərqli baxışlara malik siyasi qütblər arasında barışdırıcı missiya həyata keçirir.
Bu tezislər öz növbəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki hazırki uğurlu yerini müəyyənləşdirir. Bu mənada, təbii olaraq bütün kontingentlərin Azərbaycana olan marağı, əməkdaşlıq istəyi günü-gündən artmaqdadır.
PƏRVİZ SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40

